xebermen.az

Manatın məzənnəsi ilə bağlı mühüm proqnoz

20-02-2026, 15:14

 

Azərbaycan Mərkəzi Bankının 2026-cı ildə ehtiyatlı pul siyasəti kursunu davam etdirəcəyi və manatın məzənnəsini sabit saxlayacağı gözlənilir.

Bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı yaydığı proqnozda bildirilib.

Qurumun qiymətləndirməsinə görə, 2026-cı ilin sonuna inflyasiya 5,0%-ə enəcək. Bu göstərici 2025-ci ildə qeydə alınmış 5,6%-lə müqayisədə aşağıdır və Mərkəzi Bankın 2–6% hədəf intervalına uyğun gəlir.

Bununla belə, hesabatda qeyd olunub ki, geosiyasi gərginliklər və təchizat zəncirində pozuntular inflyasiya üzrə riskləri yuxarı istiqamətdə saxlayır. Xüsusilə Rusiyaya qarşı sanksiyaların ərzaq ixracına təsiri Azərbaycana da dolayı yolla təsir edə bilər. Bildirilir ki, Azərbaycan taxıl, süd məhsulları və ətin 20–30%-ni Rusiyadan idxal etdiyindən nəqliyyat və əməliyyat xərclərinin artımına həssasdır.

“Fitch Solutions” hesab edir ki, bu şəraitdə Mərkəzi Bank ehtiyatlı mövqeyini qoruyacaq və əsas uçot dərəcəsini hazırkı 6,50%-dən 2026-cı ilin sonunadək tədricən 6,00%-ə endirəcək.

Hesabatda vurğulanıb ki, məzənnə siyasəti sərt idarə olunan qalacaq. Manatın ABŞ dollarına qarşı məzənnəsi 1,70 AZN səviyyəsində saxlanılacağı proqnozlaşdırılır. Bu isə hökumətin valyuta sabitliyinə uzunmüddətli sadiqliyini əks etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930