xebermen.az

Torpaq sahiblərinə VACİB XƏBƏR: Sahələr pul qarşılığında alınacaq

19-02-2026, 16:59

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna edilən dəyişikliyə əsasən, hava limanlarının tikilməsi və ya genişləndirilməsi üçün torpaqlar haqqı ödənilməklə alınacaq.
Bu sözləri açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, hər hansı bir dövlət əhəmiyyətli yolun, müəyyən qaz-boru kəmərlərinin tikintisi və digər infrastruktur layihələrin icrası ilə əlaqədar olaraq bələdiyyə və ya digər torpaqlardan dövlət ehtiyacları üçün istifadə oluna bilər.
Komitə sədri vurğulayıb ki, bu zaman həmin torpaq sahələri kompensasiya ödənilməklə istifadə olunur:
"Qanuna edilmiş dəyişikliyə əsasən, yeni təyyarə meydançalarının salınması, uçuş zolaqlarının genişləndirilməsi məqsədilə də həmin torpaqların ayrılması zəruri hesab edilir və bu məqsədlə istər bələdiyyə, istərsə də vətəndaşların ixtiyarında olan pay torpaqların pulu ödənilməklə ərazilərin ayrılması məqsədəuyğun hesab edilir. Bu, çox vacib məsələdir. Çünki bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərdə artıq beynəlxalq əhəmiyyətli üç böyük təyyarə meydanı tikilib. Onlardan ikisi istifadəyə verilib, biri də istifadəyə veriləcək. Bizim digər regionlarda aeroportlar, təyyarə meydanları var. Sözsüz ki, bunların da gələcəkdə genişləndirilməsi nəzərdə tutulur və bu məqsədlə də qanuna dəyişikliyin edilməsi zərurətdir. Həmin torpaqlar alınarkən, əlbəttə ki, dəyəri qiymətləndiriləcək və bu, torpaq sahibinə ödəniləcəkdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930