xebermen.az

Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub

18-02-2026, 22:01

 

Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub.

Kişilərin yarışında Məhəmməd Muradlı cavab görüşündə Read Səmədovu məğlub edərək finala vəsiqə qazanıb.

Şəhriyar Məmmədyarovla Aydın Süleymanlı arasında ikinci oyunda da heç-heçə qeydə alınıb. Tərəflər finala vəsiqənin sahibini tay-breykdə müəyyənləşdirəcək.

Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva-Gülnar Məmmədova arasında ikinci oyun heç-heçə başa çatıb. Ayan Allahverdiyeva isə Türkan Məmmədyarovanı məğlub edib.

Beləliklə qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031