xebermen.az

"YouTube"da qlobal problemlər yarandı

18-02-2026, 10:41

 

Qərb ölkələrindəki istifadəçilər "YouTube" video-hostinqinin işində yaranan nasazlıqdan şikayət ediblər.

Bunu "Downdetector" monitorinq servisinin məlumatları təsdiqləyir.

Ən çox şikayət ABŞ sakinlərindən daxil olub — 320 mindən çox. Platformanın məlumatına görə, istifadəçilərin 18%-i sayta girişdə çətinliklərlə, 16%-i videonun axınlı yayımında yaranan problemlərlə bağlı məlumat verib, daha 56%-i isə mobil tətbiqin qeyri-düzgün işlədiyini qeyd edib.

Bildirilir ki, Böyük Britaniya, Almaniya, İtaliya və Fransada da "YouTube"a giriş çətinləşib. Britaniyadan nasazlıqlarla bağlı 37 mindən çox, Almaniyadan təxminən 7 min, İtaliyadan isə 5 mindən çox şikayət daxil olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930