xebermen.az

"Telegram"da yeni funksiya işə salınır

18-02-2026, 10:32

  

"Telegram"da yeni funksiya işə düşür. Bu funksiya sayəsində şəxsi söhbətləri kopiyalamaq imkanı olmayacaq.

Bu barədə "Beta Info" "Telegram" kanalı məlumat verib.

Hazırda yalnız kanallar mesajların kopiyalanmasını bloklaya bilər. Bu xüsusiyyət tezliklə şəxsi mesajlarda da mövcud olacaq. İstifadəçilər yalnız kontaktlarının mesajları kopiyalamasını deyil, həm də şəxsi söhbətlərdən məzmunu saxlamasını və yönləndirməsini bloklaya biləcəklər.

Kopiyalamadan qorunmanı aktivləşdirmək üçün kontaktın profilinə keçib, "Kontaktı redaktə et" - "Kopiyalamanı blokla" funksiyasını seçmək lazımdır. Bu xüsusiyyət hazırda "Telegram"ın iOS üçün beta versiyasında, 12.5 versiyasında (32413) mövcuddur. Lakin hələlik funksiya tam işə salınmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031