xebermen.az

Bəzi şəxslərə pulsuz mənzil veriləcək

17-02-2026, 21:14

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Salyan rayonunda 12 ədəd üçotaqlı mənzilin satın alınması üçün tender elan olunub.

Mənzillərin şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi planlaşdırılıb.

Belə ki, 12 mənzilin tikilməsi üçün ehtimal olunan qiymət 1 milyon 188 min manatdır.

Xatırladaq ki, daha əvvəl sözügedən rayonda üç otaqdan ibarət altı, iki otaqdan ibarət doqquz mənzilin satın alınması, həmçinin Neftçalada hər biri üç otaqdan ibarət 20 mənzilin alınması üçün tender elan edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930