xebermen.az

Yeməkdən sonra şirniyyatın fəsadları - Elmlər doktorundan məsləhət

17-02-2026, 21:14

 

Yeməkdən sonra şirniyyat istehlakı sağlamlığımızın əsas düşmənlərindən biridir.

 "George Mason" Universitetinin (Virciniya) biologiya elmləri doktoru Ancha Baranov bu vərdişdən qurtulmağın yollarını sadalayıb.

Onun sözlərinə görə, bəzən hətta çox yemək yesək belə, bədənimiz yeməkdən sonra şirniyyat tələb edir.

"Şirniyyatlar beynimizdə mükafat kimi qəbul edilir, bununla da dopamin və ya endorfinlər istehsal olunur. Buna görə də, hətta yaxşı qidalanan insan belə dadlı bir şey istəyə bilər", - deyə o qeyd edib.

Mütəxəssis bu istəkdən qurtulmaq üçün daha sağlam qidalar qəbul etməyi, rasionumuza daha çox protein və lif əlavə etməyi, zeytun yağı kimi sağlam yağlardan istifadə etməyi tövsiyə edir. Həmçinin o əlavə edib ki, kifayət qədər yuxu və stressdən uzaq durmaq da bu istəyin qarşınının alınmasında vacib rol oynayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930