xebermen.az

“WhatsApp”da çoxdan gözlədiyiniz YENİLİK gəlir

10-12-2024, 15:35

 

"WhatsApp" qrup söhbətləri üçün onlayn sayğac funksiyası üzərində işləyir.

Söhbətlərinin yuxarı hissəsində görünəcək sayğac qrupda neçə nəfərin "WhatsApp"da onlayn olduğunu göstərəcək.

Məxfilik parametrləri vasitəsilə onlayn statusunu gizlədənlər sayğaca daxil edilməyəcək.
Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031