xebermen.az

"Mədəniyyət" TV-nin yaradılmasından 15 il ötür

14-02-2026, 16:33

 

"Mədəniyyət" TV-nin yaradılmasından 15 il ötür.

 "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən kanal 2011-ci il fevralın 14-də saat 20:30-da yayıma başlayıb.

"Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də eksklüziv yayım hüququna malikdir.

TV 2014-cü il sentyabrın 1-də 16:9 təsvir formatlı yayıma keçib.

2018-ci il fevralın 14-dən 24 saatlıq yayım rejiminə başlayıb.

2021-ci il mayın 31-dən etibarən isə Azərbaycan Televiziyası (AzTV), "İdman" TV və "Mədəniyyət" TV HD yayıma başlayıb.

Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı AzTV QSC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamına əsasən həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930