xebermen.az

Gürcüstandan avtomobil idxalı ilə bağlı ŞOK QADAĞA

12-02-2026, 21:36

 

"Gürcüstan hökuməti parlamentə istehsal tarixi altı ildən artıq olan minik avtomobillərinin idxalının qadağan edilməsi haqqında qanun layihəsini təqdim edib".

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Əlbəttə, kiçik istisnalar da nəzərdən keçiriləcək. Hesab edirik ki, ölkəyə istehsal tarixi altı ildən çox avtomobillərin gətirilməməsi son dərəcə vacibdir. Bu, ekologiya, insanların sağlamlığı və əhalinin rahat hərəkətinin təmin edilməsi üçün zəruridir", - deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, idxalı məhdudlaşdırmağı ölkənin Daxili İşlər Nazirliyi təklif edib.

Qeyd olunur ki, son illər Gürcüstanda nəqliyyat vasitələrinin sayı kəskin artıb.

"2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyata alınıb, 2025-ci ilin məlumatlarına görə isə bu rəqəm 2 milyonu keçib. Nəqliyyat vasitələrinin sayının belə artımı tıxaclara və ekoloji vəziyyətin pisləşməsinə gətirib çıxarır. Hesab edirik ki, bu istiqamətdə tədbirlər görmək zəruridir", - deyə baş nazir diqqətə çatdırıb.

Xəbərdə bildirilir ki, minik avtomobillərinin idxalı və ixracı Gürcüstanın xarici ticarət strukturunda birinci yeri tutur.

2025-ci ildə Gürcüstan 3.87 milyard dollar dəyərində minik avtomobili idxal edib (2024-cü ilin səviyyəsinə nisbətən 11.5% artım). Bu da ölkənin ümumi idxal həcminin 20.9 faizini təşkil edir.

Ötən il Gürcüstandan minik avtomobillərinin təkrar ixracı 16 faiz artaraq, 2.8 milyard dollara çatıb ki, bu da ölkə ixracının 38%-dən çoxunu təşkil edir.

Əsas idxal ABŞ, Yaponiya və Almaniyadan həyata keçirilir.

Qeyd edilir ki, 2025-ci ildə təkrar ixracın əsas istiqamətləri isə Qırğızıstan, Qazaxıstan və Azərbaycan olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930