xebermen.az

Taksi sürücülərinə bildiriş göndərildi – Qiymət bahalaşır?

11-02-2026, 10:04

 

"Bolt" taksi şirkətinin sürücülərə göndərdiyi bildiriş onları çaş-baş salıb.


Bildirişə əsasən, yanacaq xərclərinin artması səbəbindən bütün kateqoriyalar üzrə tariflər 10 faizə qədər artırılıb. Qərar sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Maraqlıdır ki, taksi şirkəti bu artımın Bakıda çalışan taksi sürücülərinə şamil edilmədiyini bildirsə də, paytaxtda fəaliyyət göstərən sürücülər belə bir bildiriş aldıqlarını təsdiqləyiblər.


Sürücülər bildiriş aldıqlarını desələr də, bunun gediş haqqına təsir etmədiyini bildirdilər.


Digər sürücülər də kamera qarşısında danışmaq istəməsələr də, taksi şirkətindən belə bir bildiriş aldıqlarını dedilər.


"Yango" şirkəti ilə çalışan taksi sürücüləri isə onlara belə bidlirişin gəlmədiyini dedilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031