xebermen.az

“WhatsApp”da süni intellekt böhranı: Avropa Birliyin xəbərdarlıq etdi

11-02-2026, 10:01

 

Avropa Birliyinin tənzimləyici orqanı, “WhatsApp”ın ana şirkəti Metanın, üçüncü tərəf olan süni intellekt köməkçilərini bloklamaqla antiinhisar qanunlarını pozduğuna dair ilkin rəy verib.

Komissiya Metanın bu addımının rəqiblərin süni intellektin bazarına çıxışını məhdudlaşdıra biləcəyindən narahatdır.

AB Komissiyasının vitse-prezidenti Tereza Ribera dominant texnologiya şirkətlərinin ədalətsiz üstünlük əldə etmək üçün səlahiyyətlərindən istifadə etməsinə icazə verilməyəcəyini vurğulayıb.

Ribera bildirib ki, istintaq davam edərkən rəqiblərin “WhatsApp”a çıxışını qorumaq üçün Metaya qarşı müvəqqəti tədbirlər tez bir zamanda tətbiq oluna bilər.

Qeyd edək ki, böhran Meta tərəfindən oktyabr ayında açıqlanan və Meta süni intellektini platformada yeganə seçim halına gətirən “WhatsApp Business” yeniləməsi ilə başlayıb.

Dekabr ayında başlayan istintaq, şirkətin yeni siyasətinin Avropada rəqabətə düzəlməz zərər verə biləcəyi şübhələri səbəbindən dərinləşdirilir.

Meta sözçüsü “Reuters“ə bildirib ki, AB-nin müdaxiləsi üçün heç bir əsas yoxdur.

Şirkət iddia edib ki, istifadəçilər artıq tətbiq mağazaları və digər platformalar vasitəsilə bir çox müxtəlif süni intellektin seçimlərinə çıxış əldə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031