xebermen.az

Mütəxəssisdən xəbərdarlıq: Metabolik pozğunluq bu xəstəliklərə yol açır

9-02-2026, 20:38

 

Metabolik balans pozulmasının bir çox xəstəliyin əsasını təşkil etdiyi ortaya çıxıb.

Türkiyəli mütəxəssis Zübeyde Yüce Alğan metabolik pozğunluğun yol açdığı problemləri vurğulayıb.

Onun sözlərinə görə, metabolik sağlamlıq yalnız çəki ilə deyil, həm də qan şəkəri, qan lipidləri və hormon balansı kimi amillərlə də əlaqəlidir. Bu səbəbdən metabolik balansın pozulması diabetdən ürək-damar xəstəliklərinə qədər bir çox xroniki xəstəliklərin təməlini qoyur.

Alğan metabolik balanssızlığın səssiz irəliləyə biləcəyinə dair xəbərdarlıq edib: "Özünü yaxşı hiss etmək heç də həmişə metabolik cəhətdən sağlam olmaq demək deyil. Bu, zamanla səssizcə irəliləyə bilər. Bu vəziyyət zamanla diabet, ürək-damar xəstəlikləri, yağlı qaraciyər xəstəliyi və hipertoniya kimi ciddi problemlərə yol açır".

Mütəxəssis qeyd edib ki, metabolik sağlamlığa mənfi təsir göstərən əsas amillər oturaq həyat tərzi, nizamsız qidalanma vərdişləri, həddindən artıq şəkər istehlakı, qeyri-kafi yuxu və xroniki stressdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031