Uzunömürlülüyün genetik sirləri açıldı
Vanderbilt Universitetinin alimləri uzunömürlülər arasında aparılan ən böyük tədqiqat zamanı Azheimer xəstəliyinin inkişaf riskinə təsir edən bir cüt gen aşkar ediblər.
Tədqiqatın nəticələri "Alzheimer's & Dementia" jurnalında dərc olunub.
Azheimer xəstəliyinin (AX) yaranması üçün ən böyük genetik risk daşıyan gen variantı APOE-ε4 adlanır. Eyni genin digər variantı olan APOE-ε2-nin isə əksinə, xəstəlikdən qorunma təmin etdiyi güman edilir.
Tədqiqatçılar bu genlərin rastgəlmə tezliyini "super-təqaüdçülər" adlandırılan qrupda – yəni koqnitiv funksiyaları özlərindən 20-30 yaş kiçik insanlarla müqayisə oluna biləcək 80 və daha yuxarı yaşlı şəxslərdə ölçüblər.
Tədqiqatın rəhbərlərindən biri, dosent Lesli Qeynor bildirib ki, 80 yaşına çatan və demensiya diaqnozu qoyulmayan bütün böyüklər müstəsna qocalma nümayiş etdirsələr də, "super-qocalma" fenomeni Azheimer xəstəliyi riski aşağı olan xüsusi bir qrupu müəyyən etməyə kömək edir.
Tədqiqata müxtəlif irqi və etnik mənsubiyyətli insanlar daxil edilib. Alimlər hesab edirlər ki, bu nəticələr Azheimer xəstəliyinə qarşı müqavimət mexanizmlərinin axtarışında və gələcək müalicə üsullarının hazırlanmasında mühüm rol oynayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: