xebermen.az

Qanun tanımayan məktəblilər - Qurbanların sayı artır

6-02-2026, 20:20

 

Dünən İmişlidə 7 yaşlı uşağın 12 yaşlı məktəbli tərəfindən çoxsaylı bıçaq zərbələri alması, bu gün isə Bakıda "İdrak" liseyində şagirdin müəllimə ov tüfəngi ilə atəş açması tək kriminal hadisə kimi deyil, artıq sosial-psixoloji siqnal kimi qiymətləndirilməlidir. Çünki burada söhbət hələ şəxsiyyət kimi formalaşmaqda olan uşaqlardan gedir.

Bu yaşda uşağın odlu silah və ya bıçaqla cinayət törətməsi psixoloji olaraq nəyi göstərir? Zorakı oyunlar və videolar real davranışa necə təsir edir? Uşağın zorakılığa meylli olacağını əvvəlcədən hansı əlamətlərdən anlamaq olar?

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov sualları cavablandırdı

O bildirdi ki, uşaq və yeniyetmələrin hansısa silahdan istifadə etməsi əsasən nəzarətsizliyin göstəricisidir:

“Bu gün ailələrdə, məktəblərdə uşaqlara və yeniyetmələrə nəzarət olunmalıdır. Bu nəzarət onları qorumaq üçündür. Onlara izah edilməlidir ki, başqaları ilə birgə yaşamağı öyrənməli və qanun qarşısında məsuliyyət daşıdıqlarını bilməlidirlər. Sağlam cəmiyyət qanunla formalaşır. Biz qanunun yaratdığı mədəniyyəti nümayiş etdirməliyik, mədəniyyətin yaratdığı qanunu yox. Bu düşüncəni dəyişə bilsək, cəmiyyətdə sağlam fikirlər formalaşacaq”.

Psixoloqun sözlərinə görə, rəqəmsal oyunlar və digər oxşar fəaliyyətlər də nəzarət altında olmalıdır:

“Yeniyetmələr bilməlidir ki, onların onlayn fəaliyyəti valideynlər tərəfindən izlənilir və oynadıqları oyunlar yaş kriteriyalarına uyğun olmalıdır. Valideynlər bu prosesi ağıllı cihazlar vasitəsilə tənzimləməli, cihazlara mütləq filtr qoymalıdır. Qadağa məhrumiyyət yaratmamalı, tənzimləmə və məhdudiyyətlərlə uşağın təhlükəsizliyi təmin edilməlidir. Bu cür yanaşma uşaqların zorakılığa meylliliyini azaldır.

Əgər uşaqda, yeniyetmədə yaşına və ətrafına uyğun olmayan davranışlar müşahidə olunursa, mütləq psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir. Valideynlər uşaqlarının davranışlarını və ya psixi pozuntularını ört-basdır etməməlidir. Ən uğurlu müdaxilə erkən müdaxilədir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930