xebermen.az

Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?

3-02-2026, 21:02

 

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandanın bugünkü məşqini buraxıb.

Dünən portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı Premyer Liqasında “Əl-Riyad”a qarşı oyuna çıxmayıb.

Bildirilir ki, buna Ronaldonun Səudiyyə Ərəbistanı Suveren İnvestisiya Fondunun (PIF) klubu rəqibləri, xüsusən də “Əl-Hilal”la müqayisədə idarəetmə tərzindən narazılığı səbəb olub. Hücumçu hesab edir ki, klub sahibləri “Əl-Nəsr”in çempionluq uğrunda mübarizəsinə mane olurlar. O, həmçinin “rəqabətə zərərli təsir göstərəcəyi” üçün Kərim Benzemanın “Əl-Hilala” keçidinə qarşı çıxıb.

Jurnalist Əbdüləziz Əl-Osseiminin sözlərinə görə, Ronaldo dünənki oyunu buraxan oyunçuların bu gün məşqində iştirak etməyib.

Daha əvvəl Ronaldonun iyun ayında “Əl-Nəsr”dən ayrılıb Avropaya qayıda biləcəyi və ya MLS klublarından birinə keçə biləcəyi barədə də məlumat yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930