xebermen.az

Cüdoçularımız beynəlxalq turnirin ilk günündə 7 medal qazandılar

1-02-2026, 13:16

 

Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnirə start verilib.


Vise şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan cüdoçuları uğurlu çıxış edərək, 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medal qazanıblar.


Murad Muradlı (-60 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Əbil Yusubov (-73 kq) və Zelim Tçkayev (-90 kq) turniri gümüş medalla tamamlayıblar. Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) isə üçüncü pillədə qərarlaşıblar.


Qeyd edək ki, Azərbaycan yarışda ümumilikdə 31 cüdoçu ilə təmsil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031