xebermen.az

Yeni qanunla uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək

28-01-2026, 12:25

 

Uşaq hüquqlarını müdafiə edən orqanlar (qurumlar) müəyyən edilir.

Bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli özünüidarəetmə orqanları təmin edirlər.

Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək göstərirlər.

Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu Qanunla müəyyən edilmiş prinsip və tələblərə əsaslanmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031