xebermen.az

Məktəblərdə uşaqların döyülməsi ilə bağlı yeni QADAĞA

28-01-2026, 12:24

 

Təhsil müəssisələrində uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağan ediləcək.

Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan "Uşaq hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidirlər.

Təhsil müəssisələrində intizam tədbiri olaraq uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağan ediləcək.

Təhsil müəssisələrində uşaqlar arasında hüquq pozuntularının, riskli davranışın və zərərli vərdişlərə aludəlik meyllərinin qarşısının alınması, sosial dizadaptasiyaya məruz qalmış uşaqların sosial bacarıqlarının artırılması məqsədilə profilaktik tədbirlər görüləcək və sağlam həyat tərzini təbliğ edən layihələr həyata keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031