xebermen.az

Gəncə güləş üzrə Azərbaycan çempionatlarına ev sahibliyi edəcək

24-01-2026, 21:13

 

Güləş üzrə Azərbaycan çempionatları Gəncədə baş tutacaq.

Bu barədə Azərbaycan Güləş Federasiyasından bildiriblər.

Məlumata əsasən, yarışlar Gəncə İdman Sarayında təşkil ediləcək güləş festivalı çərçivəsində keçiriləcək. Fevralın 3-7-də yunan-Roma və sərbəst güləş üzrə U-20 ölkə çempionatı, ardınca qadın güləşi üzrə U-15 və U-17 yaş qruplarında birincilik, fevralın 9-13-də isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək.

11 gün davam edəcək turnirlər Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq. Görüşlərdə yerli hakimlərlə yanaşı, xaricdən dəvət olunmuş ən yüksək (I-S) kateqoriyalı referilər də iştirak edəcəklər.

Çempionatların nəticələrinə əsasən, ilk üç yeri tutan idmançılar müvafiq yaş qrupları üzrə milli komandaların heyətinə cəlb ediləcəklər.

Qeyd edək ki, U-20 Azərbaycan çempionatının açılış mərasimi fevralın 3-də, U-17 yaş qrupu üzrə açılış isə fevralın 9-da keçiriləcək. Gəncə İdman Sarayı ötən il də güləş üzrə U-15 ölkə birinciliyinə ev sahibliyi edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930