xebermen.az

Kamran Əsədov Həbs edildi

23-01-2026, 21:55

 

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib.

Prokuror qətimkan tədbiri şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqda” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib. 

Məhkəmə təqdimatı əsaslı hesab edib. K.Əsədov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ötən gün iş üzrə şahidlərdən biri ifadəsində Kamran Əsədovun məhkəməyə gəlməməsi üçün ona təsir etdiyini deyib. Eyni zamanda hakim təqsirləndirilən şəxsdən Naftalan Rayon Polis Şöbəsinə də şikayət daxil olduğu barədə məlumatı olduğunu bildirmişdi. Bu faktlar da təqsirləndirilən şəxsin sərbəst mühakimə edilməsini mümkünsüz edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031