xebermen.az

"Hər il Azərbaycanda xizəkçilik üzrə ya dünya, ya da Avropa çempionatı keçiriləcək"

21-01-2026, 10:00

 

"Bu il Şahdağda dünya çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu, artıq təqvimə salınıb".


Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.


Hər il Azərbaycanda ya dünya, ya da Avropa çempionatının keçiriləcəyini qeyd edən dövlətimizin başçısı bildirib: "Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə - "Formula 1"lə müəyyən dərəcədə balans yaradacaq. İlk "Formula 1"dən sonra artım 20 faiz oldu".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031