xebermen.az

Məktəblərdə enerji içkiləri qadağan edildi - Ukraynada

19-01-2026, 10:45


 

Ukrayna hakimiyyəti məktəblərdə qadağan olunmuş əşyaların siyahısını təsdiqləyib.


Sənədə əsasən, məktəblərə odlu silahlar, bıçaq, arbalet, müxtəlif partlayıcı maddələr və pirotexniki qurğular, rezin top atıcılar, dəyənəklər, eləcə də bir sıra alətlər (çəkic, mişar və s.) və tezalışan maddələr gətirmək qadağandır.


Siyahıya narkotik və psixotrop maddələr, spirtli içkilər, tütün məhsulları, elektron siqaretlər (veyplər) də daxildir. Maraqlısı odur ki, siyahıda enerji içkiləri də yer alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031