xebermen.az

Şəxsiyyət vəsiqələri və sosial ödənişlərdə yenilik

15-01-2026, 14:24

 

"Şəxsiyyət vəsiqələrinin statusu ilə bağlı məlumatların avtomatlaşdırılmış inteqrasiyası ötən il təmin edilib".

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, bu yenilik sayəsində bəzi ödənişlərin həyata keçirilməsi daha rahat olub:

"Bu sistemin tətbiqi nəticəsində deaktiv olan şəxsiyyət vəsiqələrinə görə sosial ödənişlər, pensiyalar və Prezident təqaüdləri avtomatik dayandırılır. Eyni zamanda, həmin sənədlər aktiv statusa keçdikdə vətəndaşların əvvəllər olduğu kimi DOST Mərkəzlərinə və DSMF-nin qəbul mərkəzlərinə müraciət etməsinə ehtiyac qalmadan ödənişlərin avtomatik bərpası təmin edilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930