xebermen.az

Bir sıra keçmiş məcburi köçkünlər üçün sosial yardımlar dayandırılır - RƏSMİ AÇIQLANDI

14-01-2026, 10:50

 

Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinin 3 ili başa çatan vətəndaşların məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müdafiə tədbirlərindən istifadəsi dayandırılır.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Bildirilib ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanununun 3-cü maddəsinə uyğun olaraq, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tətbiq edilən güzəştlər və imtiyazlar qanunvericiliklə müəyyən edilmiş müddətdə qüvvədədir.

"Qanuna əsasən, məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən üç il müddətində tətbiq olunur", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki,  Ağalı kəndinə 2022-ci il iyulun 19-dan etibarən Ağalı kəndinə mərhələlərlə köç başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930