xebermen.az

Dollar 2026-cı ildə neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA

6-01-2026, 10:01

 

2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi - manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək.


Bu, Maliyyə Nazirliyinin hazırladığı "Vətəndaşın büdcə bələdçisi"ndə öz əksini tapıb.


Belə ki, 2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM real ifadədə 5 faiz artaraq 101,7 milyard manat təşkil edəcək.


ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 75,8 faizə çatacağı gözlənilir.


Proqnozlara əsasən, 2026-cı ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 2,4 faiz azalacaq.


Bu il "Azərilayt" markalı xam neftin qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib.


Ortamüddətli dövrün sonuna ÜDM-in həcmi 161,8 milyard manatadək, onun qeyri-neft-qaz sektoruna aid hissəsinin xüsusi çəkisi isə 80 faizədək yüksələcək.


İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4,8 faiz, 2027-2029-cu illərdə isə illik orta hesabla 4,3 faiz səviyyəsində proqnozlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930