xebermen.az

"WhatsApp"da yeni funksiyalar istifadəyə veriləcək

6-01-2026, 10:00

 

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp" yeni funksiyaları istifadəyə verməyə hazırlaşır.

Hazırda test mərhələsində olan yeniliklər sayəsində istifadəçilər mesajların avtomatik silinmə müddətini 1 saat və ya 12 saat olaraq təyin edə biləcəklər.

Bundan əlavə, "WhatsApp" yeni "Haqqımda" funksiyasını da elan edib. Bu funksiya istifadəçilərə 24 saat ərzində avtomatik olaraq yox olan qısa mətn statusları paylaşmaq imkanı verəcək.

Paylaşılan statuslar çat pəncərəsində istifadəçinin profil şəklinin yanında açılan pəncərə formasında göstəriləcək. İstifadəçilər kontakt siyahısındakı şəxslərlə "Görüşdəyəm", "Məzuniyyətdəyəm" və ya "Məşğulam" kimi ani status bildirişləri paylaşa biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930