xebermen.az

Krediti ödəyə bilməyənlərin NƏZƏRİNƏ: Bu hallarda müddəti uzatmaq mümkündür

5-01-2026, 10:16

 

Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddətin uzadılmasını istəyirlər. Məsələn, 1 il müddətinə götürülən kredit 2 ilə qədər uzadıldıqda aylıq ödəniş azalır.


Bəs bu imkan nə qədər əlçatandır və hər kəsə şamil edilə bilərmi?


Iqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu kimi hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni bu imkan müəyyən şərtlərlə tətbiq olunur.


Əgər borcalan bank qarşısında öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirə bilmədiyini sübut edər və bank buna razılıq verərsə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil.


Ekspertlərin söylədiklərinə görə, banklar bu cür güzəştlərə fərdi qaydada baxırlar. Hər müraciət ayrıca qiymətləndirilir. Bu imkan bütün müştərilərə şamil edilməyə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930