xebermen.az

Azərbaycan bu ölkə ilə 33 milyard kubmetr qaz tədarükü üzrə saziş imzaladı

4-01-2026, 17:40

 


Türkiyə ilə Azərbaycan arasında 15 il müddətinə təxminən 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan saziş imzalanıb.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, saziş yanvarın 2-də imzalanıb və 2029-cu ildən 2040-cı illərə qədər qüvvədə olacaq:

"Müqaviləyə əsasən, Xəzər dənizində yerləşən "Abşeron" yatağından Türkiyəyə hər il 2,25 milyard kubmetr qaz nəql ediləcək. Qaz tədarükü mövcud Bakı-Tbilisi-Ərzurum magistral qaz kəməri vasitəsilə həyata keçiriləcək".

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) məlumatına görə, hazırkı müqavilələr çərçivəsində Azərbaycan 2025-ci ilin yanvar–oktyabr aylarında Türkiyəyə 9,798 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930