xebermen.az

“Bolmart” sudan qanunsuz istifadə edib - Dövlətə bu qədər ziyan vurub

2-01-2026, 12:23

 

“Bolmart”ın Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin Çökəli küçəsində yerləşən filialı su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyu talayıb.

Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumu marketlər şəbəkəsi barədə protokol tərtib edib və “Bolmart”ın daxil olduğu şirkəti məhkəmə qaydasında 2500 manat məbləğində cərimələnib.

Şirkət isə məhkəmə qərarından apellyasiya şikayəti verib. İddia ərizəsində.qeyd olunub ki, protokolda əks olunan qanunsuz su qoşulması halı “Bolmart”ın orada fəaliyyət göstərməsindən əvvəl, başqa təsərrüfat subyektinin dönəmində mövcud olub.

Məhkəmə isə bildirib ki, tərtib edilmiş protokol tam əsaslıdır. Məlum olub ki, iki il müddətinə sudan qanunsuz istifadə edən “Bolmart” dövlətə 4104 manat ziyan vurub.

Qeyd edək ki, “Bolmart” hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsusdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930