xebermen.az

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə necə təsir edəcək?

1-01-2026, 10:16

 

Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi xidmətlərinin tariflərinə də təsir edə bilər.


Mütəxəssislər bildirirlər ki, yanacaq qiymətlərindəki dəyişiklik, ümumilikdə, bir çox sahələrdə qiymətlərin paralel artımına səbəb olur. Artımın nisbətən az olmasına baxmayaraq, təsir etdiyi sahələrdə qiymət artımı qaçılmazdır.


Ekspertlərin sözlərinə görə, yanacağın bahalaşması daşıyıcı şirkətlərdə gediş haqqına birbaşa təsir edəcək. Lakin qiymət artımının ilk olaraq taksi xidmətlərində müşahidə olunacağı ehtimal edilir. Buna səbəb isə taksi xidmətlərinin əsasən özəl daşıyıcı şirkətlər tərəfindən göstərilməsidir.


Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxlanılıb. "Bolt" daşıyıcı şirkətindən bildirilib ki, hazırda tarif artımı ilə bağlı dəqiq qərar və ya rəsmi məlumat yoxdur. "Uber" şirkətindən isə qeyd edilib ki, müvafiq təhlillər aparıldıqdan sonra tariflərdə dəyişiklik olub-olmayacağına dair qərar veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930