xebermen.az

Misir Mərdanov vəzifəsini itirdi

28-12-2025, 09:54

 

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat İnstitutu yaradılıb.

Yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor əvəzi təyin edilib. Bu texnika elmləri doktoru Elxan Səbziyevdir.

Bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika institutunun direktoru, tez-təz qalmaqallı açıqlamaları ilə medianın gündəminə gələn Misir Mərdanov vəzifəsini itirib.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031