xebermen.az

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29-12-2025, 09:49

 

Gələn ildən mənzil bazarında qiymətlərin azalması müşahidə oluna bilər. Əmlakçılar və daşınmaz əmlak üzrə ekspertlər bu qənaətdədirlər.

Mütəxəssislərin fikrincə, xüsusilə bahalı mənzillərin qiymətində enmə daha qabarıq hiss ediləcək. Qeyd olunur ki, 2025-ci ildə həm köhnə, həm də yeni tikililərdə mənzil qiymətlərində sürətli artım qeydə alınıb. Lakin növbəti ildə bazarda tendensiyanın dəyişəcəyi gözlənilir.

Əmlak bazarında əsas dəyişiklik daha çox beşmərtəbəli binalardakı, eləcə də birotaqlı və sahəsi kiçik olan mənzillərdə müşahidə olunur. Hazırda bu tip mənzillərin qiyməti 110-120 min manat civarındadır. Lakin alıcılar artıq bu məbləği ödəmək istəmirlər. Satışda tələsən şəxslər qiyməti 105 min manata qədər endirməyə məcbur qalırlar.

Əhalinin əsas tələbatı aşağı və ortaqiymətli mənzillərə yönəldiyindən bu seqmentdə qiymətlərin daha çox stabilləşəcəyi gözlənilir. Ekspertlər bildirirlər ki, bu kateqoriyada 2-5 min manat aralığında cüzi ucuzlaşma baş verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930