xebermen.az

Avtobuslarda yeni ödəniş sistemi işə düşdü

26-12-2025, 10:40

 

Artıq nağd pul və ya fiziki "BakıKart"ın daşınmasına ehtiyac qalmır. Bakı şəhəri üzrə "BakuBus"a məxsus bütün marşrut avtobuslarında telefon, ağıllı saat və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içərisində ödəniş etmək mümkündür.


Sakinlər yeniliyi belə dəyərləndiriblər: "Türkiyədə belə idi, bir bizdə belə sistem yox idi. Şükür Allaha ki, bizə də gətiriblər".


"Çox vaxt "BakıKart"da pulumuz olmurdu və ya üstümüzdə nağd pul tapılmırdı. Bu kart sistemi ilə artıq asanlıqla keçə bilirik".


"BakuBus"ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva sistemin tətbiqi ilə bağlı açıqlama verib:


"BakuBus" MMC-yə məxsus bütün avtobuslarda NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də "Google Pay" və "Apple Pay" vasitəsilə nağdsız ödəniş sistemi tam şəkildə aktivləşdirilib. Yeni ödəniş sistemi çərçivəsində həyata keçirilən əsas yeniliklərdən biri ardıcıl ödəmə imkanlarının genişləndirilməsidir. Yeni sistemin istifadəyə verilməsi sərnişinlərə əlavə üstünlüklər vəd edir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930