xebermen.az

İllik rüsum gec ödənildikdə patentin qüvvəsi 18 ay ərzində bərpa olunacaq

23-12-2025, 20:35

 

İllik rüsum gec ödənildikdə patentin qüvvəsi 18 ay ərzində bərpa olunacaq.

Sözügedən məsələ "Patent haqqında" qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, ixtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün müəyyən edilmiş illik haqqı vaxtında ödəməyən patent sahibi tərəfindən ötürülmüş tarixdən 18 ay müddətindən gec olmayaraq müvafiq haqq ödənildikdə, patentin qüvvəsi bərpa ediləcək.

Patent sahibinin vəsatətinə ötürülmüş müddət üzrə haqqın ödənildiyini təsdiqləyən sənədin surəti əlavə olunacaq.

Qüvvədə olan qanunvericiliyə görə, bu müddət 5 ildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031