xebermen.az

Gecə saatlarında səs-küy salanların NƏZƏRİNƏ - Cərimələr tətbiq ediləcək

22-12-2025, 10:13

 

Bəzən gecə saatlarında məişət səs-küyü, bəzən isə siqnal və ya yüksək səslə səsləndirilən musiqi vətəndaşların istirahət hüququnu pozur. Təbii ki, bu da cəmiyyətdə haqlı narazılığa səbəb olur.

Sakinlər mövcud vəziyyətdən şikayətçidirlər:

"Şənbə və bazar günləri evdə istirahət etmək istəyirsən, amma birdən təmir işləri, səs-küy başlayır. Bu, düzgün deyil, axı insanlar dincəlməlidirlər".

Bəs günün hansı saatlarında bu kimi hallara xüsusi diqqət yetirmək lazımdır? İnsanların istirahətinə mane olanlara qarşı qanunvericilikdə hansı cəzalar nəzərdə tutulur?

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev məsələyə belə aydınlıq gətirib:

"Gecə saatlarında insanların istirahət etdiyi vaxtlarda həm avtomobillərdən gələn səslər, həm də mənzillərdə aparılan təmir zamanı elektrik avadanlıqlarının yaratdığı səs-küy ciddi problemdir. Bu, sakinlər arasında mübahisələrin yaranmasına səbəb olur. Qanunla müəyyən olunmuş səs desibeli həddi var. Əgər səs səviyyəsi həmin normadan yuxarı olarsa, səsin şiddəti ölçülərək müvafiq cəza tədbirləri görülə bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930