xebermen.az

Mehdiyevin kürəkəni ələ keçirdiyi klinikanı geri qaytarmalı oldu - DETALLAR

20-12-2025, 10:52

 

Keçmiş PA rəhbəri Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidmətində cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun və yaxın ətrafının ayrı-ayrı iş adamlarına qarşı etdikləri haqsızlıqlar üzə çıxır.

Belə bir fakt Gəncə şəhərindəki Yeni Gəncə Tibb Mərkəzi ətrafında baş verib.

Belə ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev Samir və Fərid adlı şəxslərlə birlikdə qurduğu tibb mərkəzindən sonradan onları kənarlaşdırıb.

Yalnız Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra hərəkətə keçən tərəflər klinikaya sahib çıxa biliblər.

Saytı bilgiləndirən mənbə deyir ki, İlham Əliyev sakit şəkildə klinikanı keçmiş sahiblərinə qaytarıb.

Hazırda bu tibb müəssisəsinə sahiblənən Samir və Fərid adlı şəxslər isə orada çalışan personalın ötən aylardan qalmış əmək haqlarını ödəmək istəmir.

Belə ki, onlar personala bu borcun İlham Əliyevdən tələb olunmasını tövsiyyə edib.

"Yalnız gələcək maaşlarınızı biz ödəyəcəyik” deyə onlara qəti mövqe bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031