xebermen.az

Sürücülərin DİQQƏTİNƏ! - 40 manat cərimələnə bilərsiniz

20-12-2025, 10:49

 

Qarlı və yağışlı havalarda avtomobillərin palçıq içində olması sürücülər arasında tez-tez müzakirə olunan məsələlərdəndir. Bəs belə hallarda sürücülərə cərimə tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov danışıb.

O bildirib ki, qanunvericilikdə avtomobilin sadəcə çirkli olmasına görə cərimə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, qarlı və ya yağışlı havada avtomobildən palçığın yerə düşməsi yol hərəkət hissəsini çirkləndirmirsə, bu hal inzibati məsuliyyət yaratmır.

Hüquqşünasın sözlərinə görə, yalnız bir istisna mövcuddur. Belə ki, avtomobilin dövlət qeydiyyat nişanları palçıq səbəbindən oxunmaz vəziyyətdə olarsa, bu artıq inzibati xəta sayılır. İnzibati Xətalar Məcəlləsinə əsasən, nömrə nişanlarının görünməməsinə görə sürücüyə 40 manat məbləğində cərimə tətbiq oluna bilər.

Beləliklə, avtomobilin qarlı havada palçıqlı olması cərimə üçün əsas deyil, lakin nömrə nişanlarının aydın görünməsi sürücülər üçün mütləq şərtdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930