xebermen.az

DİN şagirdlərə satılan məhsulu araşdırır

18-12-2025, 08:01

 

Xəbər verdiyimiz kimi, məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb.


DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, "Snus" adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır:


"Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur.


Bununla belə, tərkibində nikotin olan məhsulların, tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir və polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir.


Zərərli vərdişlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən ticarət obyektlərində və məktəblər ətrafında müvafiq yoxlama və nəzarət fəaliyyəti davam etdirilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930