xebermen.az

Alimlər neftin gözlənilməz əvəzedicisini tapıblar

16-12-2025, 10:18

 

Yaponiyalı alimlər aqressiv mühitdə sağ qala bilən və əczaçılıqla kosmetika sənayesi üçün dəyərli üzvi birləşməni effektiv istehsal edən çörək mayası ştamı hazırlayıblar.

Tədqiqatın nəticələri "Applied Microbiology and Biotechnology" jurnalında dərc olunub.

Bildirilir ki, bu nailiyyət neft-kimya istehsalını əvəz edə biləcək ekoloji biotexnologiyaların yaradılmasını yaxınlaşdıra bilər. Alimlərin diqqət mərkəzində 2.3-butanediol adlı maddə olub. Bu maddə dərmanların, kosmetikanın və kimyəvi materialların istehsalında geniş istifadə edilir.

2.3-butanediolu mikroorqanizmlər vasitəsilə əldə etmək mümkündür, lakin əsas "biokütlə" sayılan "Saccharomyces cerevisiae" mayaları üçün problem yaranır: 2.3-butanediol yüksək konsentrasiyada onların özləri üçün toksik olur.

Problemi həll etmək üçün tədqiqatçılar yönləndirilmiş mutagenez metodundan istifadə ediblər - mayaların genomunda dəyişikliklər aparılıb və ən davamlı variantlar seçilib.

Alimlərin sözlərinə görə, bu yanaşma dayanıqlı biotexnologiyaların inkişafına yol açır, qazıntı yanacaqlardan asılılığı azalda və kimyəvi birləşmələrin istehsalını daha ekoloji edə bilər. Gələcəkdə modifikasiya olunmuş mikroorqanizmlər "yaşıl" yanacaq, dərmanlar və sənaye komponentlərinin sintezi üçün istifadə oluna bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930