xebermen.az

Azərbaycanda minlərlə insan istifadə edir: İnfarkt riskini 53 faiz artırır

16-12-2025, 10:17

 

Alimlər elektron siqaret istifadəsinin ürək-damar sağlamlığı üçün ciddi risklər yaratdığını müəyyən ediblər. Aparılan elmi araşdırmalara görə, elektron siqaret istifadə edən şəxslərin infarkt keçirmə ehtimalı istifadə etməyənlərlə müqayisədə 53 faiz, insult riski isə 73 faiz daha yüksəkdir.


Elektron siqaretlərin sağlamlığa təsiri ilə bağlı araşdırmanın nəticələri açıqlanıb. News Medical Life Sciences portalının məlumatına əsasən, tədqiqatçılar elektron siqaret istifadəsi ilə infarkt və insult riski arasındakı əlaqəni təhlil ediblər.


Araşdırma çərçivəsində əvvəlki illərdə aparılmış 12 elmi tədqiqatın nəticələri nəzərdən keçirilib. Bu tədqiqatlar infarktla bağlı 430 min 875, insultla bağlı isə 1 milyondan çox iştirakçını əhatə edib.


Nəticələrə əsasən, elektron siqaret istifadə edən şəxslərin infarkt keçirmə ehtimalı bu məhsullardan istifadə etməyənlərə nisbətən 53 faiz daha yüksəkdir.


Araşdırmada xüsusilə daha əvvəl adi siqaret çəkmiş və hazırda elektron siqaret istifadə edən şəxslərdə riskin daha da artdığı müəyyən olunub. Bu qrupda olan insanların insult keçirmə ehtimalının siqaret çəkməyənlərlə müqayisədə 73 faiz daha yüksək olduğu bildirilib.


"Zərərsiz alternativ kimi qiymətləndirilməməlidir"


Tədqiqatçılar əldə edilən nəticələrin elektron siqaretlərin "zərərsiz alternativ" kimi təqdim olunmasının doğru olmadığını göstərdiyini vurğulayıblar. Uzun illərdir məlumdur ki, tütün məhsullarının istifadəsi koronar arteriya xəstəlikləri, yüksək təzyiq və insult da daxil olmaqla ürək-damar xəstəliklərinin əsas risk faktorları sırasındadır.


Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın məşhur "Below Deck" realiti-şousunun ulduzu Fraser Olender elektron siqaret istifadəsinə bağlı zəhərlənmə səbəbindən infarkt keçirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930