xebermen.az

"Uşaq Avroviziyası 2025"in qalibi Fransa oldu

14-12-2025, 10:47

 

Fransa Gürcüstanda keçirilən "Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi olub.


Ölkəni müsabiqədə Lu Deluiz təmsil edib.


Fransa münsiflər heyətindən 152 bal, onlayn səsvermə nəticələrinə əsasən isə 96 bal toplayaraq birinci yerə layiq görülüb.


Müsabiqədə Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.


Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edib. O "Miau Miau" mahnısını ifa edib və 15-ci yerdə qərarlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031