xebermen.az

Dolların məzənnəsi ilə bağlı vəziyyət dəyişdi - Yeni qərar nələrə səbəb olacaq?

13-12-2025, 09:48

 

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsinin diapazonunu 0,25 faiz bəndi azaldaraq 3,5–3,75% aralığına endirib. Bu qərar təkcə onların iqtisadiyyatı üçün deyil, həm də dünya maliyyə bazarları, xüsusən də dolların gələcək dəyəri baxımından mühüm siqnaldır.


FED-in faiz qərarı dollara necə təsir edəcək? Manata təzyiq artacaq, yoxsa stabillik qorunacaq?


Bu barədə İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli danışıb. O deyib ki, sözügedən qərar dolların müəyyən ucuzlaşmasına səbəb olacaq:


“Bu isə həm ABŞ-da istehsal, həm də idxal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq. Dolların ucuzlaşması qiymətli metallara tələbi yüksəldə və nəticədə qızılın qiymətinin artmasına şərait yarada bilər. İnvestorlar daha sabit alətlər kimi qızıla və digər qiymətli metallara yönəlməyə meyilli olacaqlar”.


İqtisadçı bildirib ki, dolların zəifləməsinin neftin qiymətinə də təsirləri mümkündür:


“Hazırda neft qiymətləri güclü dollar fonunda formalaşır. Dolların ucuzlaşması isə həm iqtisadi dinamikanı, həm də qlobal aktivliyi artıra, neftə tələbin artmasına şərait yarada bilər. Faiz dərəcələrinin endirilməsi ucuz dollar kreditlərinin genişlənməsinə də stimul verəcək. Ümumilikdə, uçot dərəcəsinin azaldılması həm ABŞ-da, həm də qlobal iqtisadiyyatda aktivliyin artmasına müsbət təsir göstərəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930