xebermen.az

Bu rayonlarda torpaq sahələri üçün hərrac keçiriləcək

3-12-2024, 08:27

 

İmişli və Biləsuvar rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək.

İmişli rayonu Aranlı bələdiyyəsi tərəfindən 1,25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərraca çıxarılacaq.

Həmçinin Biləsuvar rayonu Səmədabad bələdiyyəsi tərəfindən 8,59 hektar və 3,02 hektar torpaq sahəsi müsabiqəyə, eləcə də 5,8 hektar, 3,84 hektar və 3,79 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərraca çıxarılacaq.

Qeyd edək ki, İmişlidə yerləşən torpaq sahəsi üçün hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsində, Biləsuvarda yerləşən torpaq sahələri üçün müsabiqə və hərrac Cəlilabad şöbəsində dekabrın 18-də baş tutacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031