xebermen.az

Türkiyə futbolunda böyük əməliyyatda məşhur şəxslər həbs edildi - SİYAHI

9-12-2025, 09:55

 

Türkiyə futbolunda mərc qalmaqalı ilə bağlı istintaq çərçivəsində saxlanılan şəxslərin bir çoxu barəsində məhkəmə qərar verib.


Məhkəmə aralarında tanınmış futbolçular və klub rəhbərlərinin də olduğu 20 nəfərin həbsinə qərar verib. Onlar oyun nəticələrini dəyişdirməkdə ittiham olunur.


Həbs olunanlar arasında Mərt Hakan Yandaş (Fənərbaxça), Metehan Baltacı (Galatasaray), Alassane Ndao, Murat Sancak ("Adana Dəmirspor"un keçmiş rəhbəri), Ahmet Okatan, Mehmet Emin Katipoğlu, Ümit Kaya və ümumilikdə 20 nəfər var.


Hakim Zorbay Küçük də daxil olmaqla daha 10 nəfər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar da istintaqa cəlb edilən şəxsər arasındadır.


Adı çəkilən şəxslər qanunsuz mərc oyunları, öz komandalarının oyunlarına mərc etmə və çirkli pulların yuyulmasında təqsirləndirilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930