xebermen.az

8 min manatlıq müavinət kimlərə veriləcək?

8-12-2025, 15:00

 

"Azərbaycanda yeni müavinətin verilməsinə başlanılacaq. Belə ki, "Dövlət qulluğu haqqında" Qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur".

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər: "Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manatdır. Bu, o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat (orta aylıq dövlət məvacibi- 2 min manat X 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930