xebermen.az

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

30-10-2025, 15:37

 

Paytaxtın 4 kəsişməsində svetoforlara yeni nəsil velosiped bölmələri quraşdırıldı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin, Əbdürrəhim bəy Haqverdiyev və Akademik Şəfaət Mehdiyev küçələrinin, Xətai rayonu, Xocalı prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin və Mehdi Mehdizadə küçəsi ilə İzzət Orucov küçəsinin kəsişməsində olan svetoforlara velosiped bölmələri quraşdırılıb. Bununla da velosiped və kiçik elektrikli nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyi təmin olunub.

Qeyd edək ki, bu vaxta qədər Mərkəz tərəfindən ümumilikdə 42 kəsişmədə olan 103 svetofora velosiped bölmələri quraşdırılıb. Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin digər zəruri küçə və prospektlərdə olan svetoforlara quraşdırılması işləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031