xebermen.az

Bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək

27-11-2024, 22:15

 

Azərbaycanda növbəti bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir.

Bu seçkilər hər 5 ildən bir dekabrın 23-də keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930