xebermen.az

“Qızıl top”un qalibi müəyyənləşdi

23-09-2025, 10:09

 

PSJ-nin hücumçusu Usman Dembele 2025-ci ilin “Qızıl top” mükafatının qalibi olub.


Ona mükafatı Braziliya və dünya futbolunun əfsanəsi Ronaldinyo təqdim edib.


ötən mövsümdə o, Paris klubunun heyətində Fransa çempionu olub, ölkə kuboku və Superkubokunu qazanıb, həmçinin Çempionlar Liqasının qalibi adını qazanıb. Bundan əlavə, Dembele PSJ ilə klublararası dünya çempionatının finalına qədər irəliləyib.


Keçən mövsümdə bu mükafat “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə verilmişdi və bu, ispan futbolçunun ilk belə uğuru olmuşdu.


“Qızıl top”un rekordçusu isə səkkiz dəfə qalib gələn argentinalı hücumçu Lionel Messidir. Onun ən yaxın izləyicisi beş dəfə bu mükafatı qazanan portuqaliyalı forvard Kriştianu Ronaldudur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930