xebermen.az

İngilislər bu mükafatdan Yaşinin adının götürülməsini tələb edirlər

18-09-2025, 09:56

 

Rusiya klublarının və milli komandalarının UEFA turnirlərinə mümkün buraxılması məsələsi açıq qalır. UEFA İcraiyyə Komitəsinin sentyabrın 11-də Tiranada keçirilən iclasında bununla bağlı qərar qəbul edilməyib. Bu məsələyə baxılması 2026-cı il fevralın 12-də Brüsseldə keçirilməsi planlaşdırılan UEFA Konqresinə təxirə salınıb.

Bu barədə “Sport24” bildirib.

Belə ki, UEFA İcraiyyə Komitəsinin Albaniyada keçirilən iclası çərçivəsində İngiltərə nümayəndə heyətinin və bir sıra digər ölkələrin nümayəndələri fərdiləşdirilmiş mükafatlar məsələsini qaldırıblar.

Britaniya təmsilçiləri Lev Yaşinin adını daşıyan “France Football” tərəfindən ilin ən yaxşı qapıçısına verilən mükafatın adının dəyişdirilməsini təklif ediblər.

Alternativ olaraq, ötən əsrin iki əfsanəsinin – İngiltərədən Qordon Benksin və İtaliyadan Dino Zoffunun adları nəzərdən keçirilib.

Lev Yaşin futbol tarixində “Qızıl top”u qazanan yeganə qapıçıdır. Mükafatı 1963-cü ildə alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930